BUZLAQ ÇAYI

1) əriyən buz suları ilə qidalanan çay. Maksimal sərfinin yayda olması ilə səciyyələnir, adətən suda çoxlu buzlaq lili olur; 2) buz səthində buzlağın ərinti sularının axını olub, buz üzərində özünə məcra yaradır. Adətən bu axınlar qısa olur, ya buz çatına tökülür, ya da buzun altına keçir. ледниковая река glacial stream
BUZLAQ ÇATLARI
BUZLAQ ÇÖKƏKLİYİ
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Buzlaq qaz soğanı
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası (rus. Сартанская ледниковая эпоха, ing. Sartan Ice Age) — son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buzlaşmasının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası (rus. Валдайская ледниковая эпоха, ing. Valdai Ice Age) — Ş. Avropa düzənliyində Üst Dördüncü dövr buzlaşması epoxası (70-dən −11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qədər çatmışdır. Vaxt etibarilə Q. Avropanın Vyurm və Vislin buzlaşmalarına uyğun gəlir.
Dəclə çayı
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Flay çayı
Flay (ing. Fly River) - Yeni Qvineya adasında bir çay.Çayın çox hissəsi Papua-Yeni Qvineyanın Qərb əyalətindən keçir (Flay bu ölkədə Sepikdən sonra ikinci ən uzun çaydır); çayın yalnız kiçik bir hissəsi İndoneziya ilə dövlət sərhədindədir. == Təsviri == Flay əsasən Qərb vilayətindən keçir, baxmayaraq ki, kiçik bir hissəsi Papua-Yeni Qvineya ilə İndoneziya Papua əyaləti arasındakı sərhədi təşkil edir. Bu hissə 141 ° E uzunluq xəttinin qərbindən bir qədər uzanır. Papua-Yeni Qvineya ərazisindəki bu cüzi qazancı kompensasiya etmək üçün,Flay çayının cənub sərhədi 141 ° E uzunluq xəttindən bir qədər şərqdədir. Bu müqavilənin bir hissəsi olaraq, İndoneziya Flay çayından naviqasiya üçün istifadə etmək hüququna malikdir. Flayın əsas qolları Striklend və Ok-Tedidir. Ağzına yaxın, Flay çayının axını gelgit burunu ilə qarşılaşır, daxil olan yüksək gelgit burunu gelgitin dəyişməsinə qədər suyu yuxarıya doğru itələyir. Bu gelgit burunun diapazonu hələ sənədsizdir.. == Delta == Flay çayının deltası giriş hissəsindən 100 km daha genişdir, lakin Kivai adasının yuxarı hissəsində cəmi 11 km genişdir.
Fındıqlı çayı
Fındıqlı — Gədəbəy rayonu ərazisində çay. == Toponimikası == Babacan (Becan, Bacanka da adlanır) çayının qoludur. Ruslar tərəfindən qeydə alınarkən Funduqlu, Fundullu kimi də yazılmışdır. Çay həmin rayonun ərazisindəki fındıqlı yeri adlı sahədən (Novosaratovka kəndi yaxınlığındadır) axdığı üçün belə adlandırılmışdır. XIX əsrdə çayın sahilində salınmış Novosaratovka yaşayış məntəqəsi də bir müddət Fındıqlı adı ilə tanınmışdır. Kəndin rus əhalisi bu yerə Orexovaya qora da deyir.
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hibiskus çayı
Hibiskus çayı — rozella (lat. Hibiscus sabdariffa) bitkisinin kasacıqlarından hazırlanan içki. Bu çay bütün dünyada həm soyuq, həm də isti olaraq içilir. Hibiskus çayının ağızbüzən turş dadı var. Şirinləşdirmək üçün ona şəkər və ya nabat əlavə edilir. Çay C vitamini və mineralları ilə zəngindir və xalq təbabətində ondan sidikqovucu kimi, ürək və sinir xəstəliklərinin, eləcə də xərçəngin müalicəsi üçün istifadə olunur. Afrikada, xüsusilə də Sahel bölgəsində bu bitkinin qurudulmuş güllərindən bitki mənşəli çay, Şərqi Afrikada isə "Sudan çayı" adı ilə öskürək sakitləşdirici məhlul hazırlanır. Bitkinin duz, istiot, çadıruşağı otu və doşab ilə qarışdırılaraq əldə olunan şirəsindən öd kisəsinin tədavisində istifadə olunur. Tailandda isə qandakı xolesterolun səviyyəsini azaltmaq üçün bu bitkidən hazırlanan çay içilir.
Jurua çayı
Jurua (port. Juruá) — Amazon çayı nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km, hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir. Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır.
Jurunea çayı
Jurunea çayı (Río Juruena) — Cənubi Amerikanın mərkəzində yerləşən çay. Braziliya ərazisindən axaraq Yapajos çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 960 km təşkil edir. Çay öz başlanğıcını Serra-dus-Paresis dağından başlayır və Braziliyanın az məskunlaşılmış öndağlıq ərazisindən axaraq şimala istiqamətlənir. Üzərində çoxlu sayda astana və şəlalələr vardır. Dekabrdan aprelədək gursululuq dövrüdür.